Saytımızı qiymətləndirin


 
 

Vladanka Andreeva: COP29 keçirilən məkanda əlilliyi olan şəxslər üçün hər cür şərait yaradılmışdı
Tarix: 09-12-2024 | Saat: 13:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

BMT-nin rezident əlaqələndiricisi Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib

Bakıda Beynəlxalq Əlillər Günü münasibətilə Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim Həllərinin Təkmilləşdirilməsi mövzusunda tədbir keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli açaraq qonaqları salamlayıb, günün əhəmiyyətini, mövzunu və onun aktuallığını, Azərbaycanın BMT strukturları ilə, o cümlədən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya” Dayanıqlı İnkişaf Məqsədləri və COP29 çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında məlumat verib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu kimi tədbirlərin əhəmiyyətindən danışıb, habelə bugünkü mərasimin önəmini qeyd edib.

O deyib ki, Azərbaycan da bu qəbildən olan şəxslərin sosial müdafiəsi məqsədilə bir sıra layihələr həyata keçirilib:

"İndiyədək bu qəbildən olan şəxslərə verilən müavinətlər üç, pensiyalar isə iki dəfə artırılıb. Biz çalışırıq ki, əlilliyi olan şəxslərə dair məsələ daim gündəmdə olsun. Bunun üçün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq əlimizdən gələni edəcəyik. Azərbaycanda əlilliyi olan şəxslərə dəstək dövlət siyasətinin əsasını təşkil edir. Eyni zamanda onu da bildirmək istəyirəm ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) da əllilərlə bağlı məsələ, o cümlədən onların cəmiyyətə inteqrasiyası məsələsi müxtəlif tədbirlər zamanı gündəmə gətirilib".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva isə noyabrın 11-24 tarixləri arasında Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da əlilliyi olan şəxslərin iştirakının təminatı üçün görülən işlərdən danışıb:

"COP29-un keçirildiyi məkanda əlilliyi olan şəxslərin konfransın işində hərtərəfli iştirakı, ehtiyac olduqda tibbi xidmətlərlə təmin olunması və zərurət yarandıqda operativ təxliyəsi üçün hər cür şərait yaradılması onlara verilən önəmin ifadəsidir. Əlillər planet əhalisinin 16 faizini təşkil edir. Bu çox sevindirici haldır ki, onların arasında çox sayda istedadlı şəxslər var. Mən demək istəyirəm ki, bu il Nyu-York şəhərində "Gələcəyin Paktı" adlı sənəd qəbul olunub. Bu sənəd statusundan asılı olmayaraq hər kəsin səsinin bütün dünyada eşidilməsinə imkan verəcək. Hesab edirəm ki, biz bu paktın icrası üçün əlimizdən gələni etməliyik".

Konfrans panel müzakirələrlə davam etdirilib.

Tədbirin sonunda "Əsa" teatrının kollektivinin təqdimatında insanları təbiəti qorumağa təşviq edən "Onları bağışlaya bilərikmi?" adlı tamaşa nümayiş etdirilib.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər