Saytımızı qiymətləndirin


 
 

Kadırovun 20 yaşlı qızının daha bir biznesi ortaya çıxdı
Tarix: 18-11-2024 | Saat: 17:29
Bölmə:Karusel / Region | çapa göndər

Çeçenistan lideri Ramzan Kadırovun qızı, 20 yaşlı Tabarik Koreyanın küçə yeməkləri olan “Chicko” restoranının franşizasının sahibi olduğu ortaya çıxdı.

Qarabaginfo.az xəbər verir ki, “Rospatent” məlumatlarına görə, Kadırovanın şirkəti “Bereket” MMC 2031-ci ilə qədər Çeçenistanda federal yeməkxanalar şəbəkəsinin brendindən istifadə etmək hüququ əldə edib.

Qroznıda Putin prospektində yerləşən restoranda K-pop-u təbliğ edilir, Koreya dramlarının nümayişi təşkil olunur və pop qruplarının, o cümlədən BTS-in albomları səsləndirilir .

BTS 7 üzvdən ibarətdir və Cənubi Koreyanın ən məşhur qruplarından biridir. “Time” jurnalı ifaçıları dünyanın ən nüfuzlu adamları siyahısına daxil edib. Qrup LGBT icmasına dəstək olaraq dəfələrlə çıxış etmiş ifaçılar da daxil olmaqla, dünyanın ən dinc və tolerant qruplarından biri hesab olunur.

Hələ 2019-cu ildə sosial şəbəkələrdə çoxsaylı təhdidlərdən sonra Çeçenistanda bu qrup haqqında çəkilən “Love Yourself” filminin nümayişi ləğv edilmişdi. Qafqazda məşhur olan “Karfagen” səhifəsi K-pop haqqında filmi “çeçen xalqını təhqir etməyin ən yaxşı yolu” adlandırıb. Eyni zamanda qonşu Dağıstanda da filmin yayımı ləğv edilib. Lakin bu, Təbarik Kadırovaya Cənubi Koreya mədəniyyəti ilə bağlı bizneslə məşğul olmağa mane olmur.

“Artıq bir ildir ki, biz Qroznı sakinlərini Koreya mədəniyyəti ilə tanış edirik və bunun müqabilində siz təbəssümləriniz və parlaq emosiyalarınızla bizi sevindirirsiniz”, – Qroznı restoranının Teleqram kanalında deyilir.

1 mart 2023-cü ildə Çeçenistan rəhbərinin o vaxt 18 yaşı olan qızı “Bereket” MMC vasitəsilə Koreya qəlyanaltısına sahib olan “Irs Group” şirkətinin təsisçisi oldu. Ümumilikdə Kadırova “Irs Group” vasitəsilə və birbaşa ondan çox hüquqi şəxsə sahibdir.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər