Saytımızı qiymətləndirin


 
 

Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb
Tarix: 14-11-2024 | Saat: 20:02
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb

14 noyabr 2024 18:43 (UTC +04:00)

COP29 çərçivəsində Çin şirkətləri ilə “yaşıl enerji” sahəsində bir neçə sənəd imzalanıb.

APA-Economics” xəbər verir ki, Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, “China Energy Overseas Investment Co. Ltd.” və “SOCAR Green” MMC arasında İcra Müqaviləsi imzalanıb.

Həmçinin Energetika Nazirliyi “China Energy Overseas Investment Co. Ltd” şirkəti ilə Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu imzalanıb. Bundan başqa, Energetika Nazirliyi ilə “China Datang Co. Ltd” arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum şirkətlə bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər