Tarix: 11-11-2024 | Saat: 20:38
Bölmə:Karusel / Siyasət | çapa göndər
COP29 çərçivəsində keçirilən paneldə iqlim dəyişikliyinin təsirinə məruz qalan xalqlar üçün beynəlxalq səviyyədə məlumatlandırma və təzminat mexanizminin yaradılması təklif olunub.
Qarabaginfo.az xəbər verir ki, bu təşəbbüslə "AFRIQUE – ENERGIE – ENVIRONNEMENT (AEE)" şirkətinin baş direktoru El Hadji Mbaye Diagne "UNFCCC: Towards Full Implementation: Advancing the Paris Agreement Crediting Mechanism" adlı tədbirdə çıxış edib.
O bildirib ki, iqlim dəyişikliyi ilə daha tutarlı mübarizə üçün effektiv mexanizmlərin hazırlanması məsələsi hər zaman ön plana çıxıb.
El Hadji Mbaye Diagnenin qənaətinə görə, dayanıqlı inkişaf məqsədləri üzrə irəli sürülən mexanizmlər nəticəsində həm ekologiyanın, həm də ətraf mühitin qorunmasına ekoloji cəhətdən əlverişli təminat verilməlidir.
O bunu da əlavə edib ki, bu amil öz növbəsində yalnız iqlim dəyişikliyinin ətraf mühitə müsbət və mənfi cəhətləri dəyərləndirildikdən sonra mümkündür:
"Eyni zamanda, təklif edirik ki, iqlim dəyişikliyinin təsirinə məruz qalan xalqlar üçün beynəlxalq səviyyədə məlumatlandırma və təzminat mexanizminin yaradılması məsələsi müzakirəyə çıxarılsın. Bu sahədə qərarlardan şikayətlərin verilməsinə imkan yaradılması həssas təbəqədən olan əhalinin hüquqlarını genişləndirə və onlara əlavə imkanlar yarada bilər".
Digər xəbərlər