Saytımızı qiymətləndirin


 
 

“ABŞ Yaxın Şərqdəki münaqişənin həlli istiqamətində bütün cəhdləri əngəlləyir”- LAVROV
Tarix: 31-10-2024 | Saat: 14:09
Bölmə:Karusel / Dünya | çapa göndər

Lavrov: "İrəvanın Türkiyə ilə münasibətləri Bakı ilə danışıqlarından asılıdır"

ABŞ Yaxın Şərqdəki münaqişənin həlli istiqamətində istənilən cəhdləri əngəlləyir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdəki siyasəti regionu böyük bir müharibənin astanasına gətirib çıxarıb.

“Yaxın Şərqdə vəziyyət getdikcə kəskinləşir. ABŞ-ın İranın nüvə proqramına dair BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş sazişlərdən birtərəfli qaydada çıxması və Vaşinqtonun ərəb-İsrail nizamlama prosesini inhisara almaqda israrlı olması fəlakətli nəticələrə gətirdi. Bu, strateji əhəmiyyətli regionu sabitliyin tam pozulması həddinə çatdırdı. Bayden administrasiyası Fələstin xalqının faciəsinə son qoymaq üçün istənilən səyləri əngəlləyir”, – XİN başçısı bildirib.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər