ABŞ Yaxın Şərqdəki münaqişənin həlli istiqamətində istənilən cəhdləri əngəlləyir.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdəki siyasəti regionu böyük bir müharibənin astanasına gətirib çıxarıb.
“Yaxın Şərqdə vəziyyət getdikcə kəskinləşir. ABŞ-ın İranın nüvə proqramına dair BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş sazişlərdən birtərəfli qaydada çıxması və Vaşinqtonun ərəb-İsrail nizamlama prosesini inhisara almaqda israrlı olması fəlakətli nəticələrə gətirdi. Bu, strateji əhəmiyyətli regionu sabitliyin tam pozulması həddinə çatdırdı. Bayden administrasiyası Fələstin xalqının faciəsinə son qoymaq üçün istənilən səyləri əngəlləyir”, – XİN başçısı bildirib.