Saytımızı qiymətləndirin


 
 

ABŞ-da 53 milyondan çox sakin erkən səsvermədə iştirak edib
Tarix: 30-10-2024 | Saat: 23:31
Bölmə:Karusel / Dünya | çapa göndər

Oktyabrın 30-na olan məlumata əsasən, ABŞ-da 53 milyondan çox sakin noyabrın 4-də keçiriləcək ümumi seçkilərlə bağlı erkən səs verib.

AZƏRTAC-ın məlumatına görə, bu rəqəmləri Florida Universitetinin Seçki Laboratoriyası açıqlayıb. Bildirilir ki, erkən səs verən seçicilərdən 27,7 milyondan çoxu şəxsən səsvermələrə qatılıb, 25,7 milyona yaxını isə səslərini poçt vasitəsilə göndərib.

ABŞ-da erkən səsvermə ştatlardan asılı olaraq sentyabrın 20-dən etibarən başlayır və noyabrın 2-dək davam edir.

Noyabrın 5-də ABŞ-da ümumi seçkilər keçiriləcək. 2024-cü il prezident seçkiləri ilində prezident və vitse-prezident seçiləcək. Bundan əlavə, 119-cu ABŞ Konqresinin üzvlərini müəyyən etmək üçün Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 34-ü uğrunda mübarizə aparılacaq.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər