Saytımızı qiymətləndirin


 
 

KİV: İsrail İranın ballistik raket istehsalının mühüm hissəsini məhv edib
Tarix: 27-10-2024 | Saat: 08:24
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: İsrail İranın ballistik raket istehsalının mühüm hissəsini məhv edib

İsrailin İrana zərbəsi İranın ballistik raket proqramının mühüm hissəsini sıradan çıxarıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, istehsal avadanlıqlarının məhv edilməsi İranın raket arsenalını artırmaq qabiliyyətinə ciddi ziyan vurub və onu İsrailə qarşı növbəti kütləvi raket hücumlarından imtina etməyə məcbur edə bilər.

Zərbə İranın raket arsenalının əsas hissəsini təşkil edən uzaqmənzilli ballistik raketlər üçün bərk yanacaq istehsal edən obyektləri hədəf alıb.

Portalın ABŞ administrasiyasındakı mənbəsi də hücumun İranın raket istehsal imkanlarını sarsıtdığını təsdiqləyib.

“Axios” iddia edib ki, İran məhv edilmiş avadanlığı özü istehsal edə bilmir və onu Çindən alır. Onun mənbələrinə görə, bərpa ən azı bir il çəkə bilər.

“Axios”un mənbələrinə görə, zərbə Tehranı və İrandakı nüvə və enerji obyektlərini qoruyan S-300 zenit-raket komplekslərinin dörd batareyasını da zədələyib.



Xəbəri paylaş

16 dəfə oxunub.

Digər xəbərlər