Saytımızı qiymətləndirin


 
 

Gürcü ekspert: Qərb sanksiyalardan seçkilərə təzyiq aləti kimi istifadə edir
Tarix: 24-10-2024 | Saat: 13:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

gürcüstanlı siyasi ekspert Zurab Kadaqidze

 

Təəssüf ki, müəyyən xarici aktorlar Gürcüstanda parlament seçkilərinə müdaxiləyə, ölkənin daxili siyasi məkanına nüfuz etməyə çalışırlar. Bu, onların Gürcüstana təsir rıçaqlarını itirmələrindən qaynaqlanır.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında gürcüstanlı siyasi ekspert Zurab Kadaqidze deyib.

“Təəssüf ki, Gürcüstan siyasi məkanındakı müxalif qüvvələrin əksəriyyəti bir çox siyasətçilərin də bildirdiyi kimi, “radikal müxalifət”dir və onlar sadəcə fərziyyələrlə məşğuldurlar. Bu fərziyyələr isə yalnız siyasi deyil, iqtisadi və maliyyə fərziyyələridir. Onların seçki ərəfəsindəki davranışları da buna nümunədir. Bu gün biz seçki prosesində iştirak edən heç bir qərbyönümlü partiyanın regionlarda görüşlər keçirdiyini görmürük, onlar hətta Tbilisidə də çox az aktivdirlər. Lakin biz onların sahiblərinin səhnəyə çıxıb birbaşa bəyanatlarla Gürcüstanın daxili siyasi proseslərində iştirak etməyə çalışdığını görürük. Təəssüf ki, biz bütün bunlara məruz qalırıq, lakin buna adekvat cavab verməliyik. Əminəm ki, bütün bunlar oktyabrın 26-da başa çatacaq və Gürcüstan xalqı suveren ölkə, yoxsa hansısa xarici ölkənin subyekti olmağa qərar verəcək”, - Zurab Kadaqidze qeyd edib.

O vurğulayıb ki, Gürcüstan rəsmilərinə sanksiyaların tətbiq edilməsi ilə bəyanatlar absurddur: “Sanksiyalar məsələsi kifayət qədər absurd və qeyri-müəyyəndir. Bunlar pantomim sanksiyalardır və biz bunu həqiqətən də başa düşə bilmirik. Birincisi ona görə ki, onlar sanksiya tətbiq edilənlərin siyahısını dərc etmirlər. İkincisi isə onlar əlavə sanksiya tətbiq edəcəkləri ilə hədələyirlər. Biz müxtəlif hökumətlərin nümayəndələrinin, müxtəlif aktorların Gürcüstana sanksiyalar tətbiq ediləcəyi ilə bağlı açıqlamalarını görürük, lakin bütün bunlar sadəcə siyasi bəyanatlardır və onları yalnız bu cür başa düşmək lazımdır. Real sanksiyalara gəldikdə isə, mən həqiqətən də hansısa belə bir sanksiya gözləmirəm, çünki Gürcüstan bütün beynəlxalq normalara tam riayət edir, beynəlxalq qaydalara uyğun davranır. Sanksiyalara yalnız bunun əksi səbəb ola bilərdi. Ona görə də Gürcüstan həqiqi sanksiyalara layiq deyil. Bizim bu indiki vəziyyətdə gördüyümüz sanksiya bəyanatlarının isə heç bir nəticəsi olmayacaq, onlar bütün bunlarla sadəcə siyasi proseslərə təzyiq etməyə çalışırlar. Lakin bunun da heç bir real təsiri olmayacaq”.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər