Saytımızı qiymətləndirin


 
 

Blinkenin Yaxın Şərq ölkələrinə səfəri başlayır- Nələr müzakirə olunacaq?
Tarix: 21-10-2024 | Saat: 17:40
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 21-25-də regionda münaqişənin həllini müzakirə etmək üçün Yaxın Şərq ölkələrinə səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

“Blinken 2024-cü il oktyabrın 21-dən 25-dək İsrailə və Yaxın Şərqin digər ölkələrinə səfər edəcək. Dövlət katibi regionda olarkən Qəzzada müharibənin dayandırılması, bütün girovların azad edilməsi və Fələstin xalqının əzabının yüngülləşdirilməsinin vacibliyini müzakirə edəcək”, – Miller deyib.

Onun sözlərinə görə, səfər zamanı Qəzzanın mülki əhalisinə əlavə ərzaq, dərman və digər humanitar yardımların çatdırılmasının vacibliyini vurğulanacaq. Blinken ABŞ-ın gərginliyi azaltmaq və davamlı sabitliyi təmin etmək üçün regiondakı tərəfdaşları ilə işləmək öhdəliyini bir daha təsdiq edəcək.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər