Saytımızı qiymətləndirin


 
 

Gürcü spiker: “Xarici agentlər” qanununun tələbi ilə reyestrdən keçən QHT-lərin sayı keçməyənləri ötüb
Tarix: 18-10-2024 | Saat: 11:04
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili

 

Gürcüstanda “xarici agentlər” qanununun tələbinə əsasən Ədliyyə Nazirliyində reyestrdən keçən təşkilatların sayı qanuna etiraz edənlərin sayını üstələyib.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili sosial media paylaşımında bildirib. O, Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatlarının böyük hissəsinin şəffaflıq məsələsinə məsuliyyətli və ağıllı yanaşma nümayiş etdirdiyini vurğulayıb. Spikerin sözlərinə görə, xaricdən maliyyələşən 156 təşkilat artıq Ədliyyə Nazirliyində reyestr prosedurlarını yekunlaşdırıb. Daha 300 təşkilatın qeydiyyat ərizəsinə isə baxılır. Papuaşvili hazırda 136 QHT-nin qanuna qarşı olduğunu, lakin qeydiyyatdan keçənlərin sayının etiraz edənləri üstələdiyini vurğulayıb.

“Bütün bunlar bir sıra siyasi QHT-lərin və onların donorlarının Gürcüstan vətəndaş cəmiyyətinin şəffaflığına və hesabatlılığına qarşı hədələrinə baxmayaraq baş verdi. O da bəlli oldu ki, 2023-cü ilin martında və 2024-cü ilin mayında zorakı etirazlarla küçələrə çıxan qruplar vətəndaş cəmiyyətini təmsil etmirlər, onlar radikal siyasi partiyalar, onların siyasiləşmiş qeyri-hökumət təşkilatları və partiya televiziyaları tərəfindən səfərbər ediliblər”, - deyə Şalva Papuaşvili bildirib.

O qeyd edib ki, Gürcüstanda qeydiyyatdan keçmiş 30 min QHT-dən 25 mini illərdir fəaliyyətsizdir. Əlavə edib ki, hazırda aktiv təşkilatlardan təxminən 600-ü maliyyəni xaricdən alır və onlardan yalnız 136-sı şəffaflıq qanununa etiraz edir.



Xəbəri paylaş

19 dəfə oxunub.

Digər xəbərlər