Saytımızı qiymətləndirin


 
 

Sükansız və əyləcsiz taksini özü təqdim etdi - Video
Tarix: 11-10-2024 | Saat: 12:01
Bölmə:Karusel / Dünya | çapa göndər

sukansiz-ve-eylecsiz-taksini-ozu-teqdim-etdi

Amerikanın elektromobil istehsalçısı “Tesla” yeni sürücüsüz “Cybercab” taksilərini təqdim edib.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, “Biz, Robot” (“We, Robot”) adlı təqdimat mərasimi Kaliforniya ştatında “Warner Bros.” studiyasında baş tutub.

Robotlaşdırılmış yeni taksiləri təqdim edən şirkət rəhbəri İlon Mask tədbir məkanına sözügedən avtomobillərdən biri ilə gəlib. Onun sözlərinə görə, yeni taksilərin nə əyləci, nə sükanı var.

Bildirilib ki, gələcəkdə bu avtomobillə səfər adi avtomobillə olduğundan on dəfə daha sadə olacaq.

Milyarder, həmçinin qeyd edib ki, artıq 50 ədəd “Cybercab” mövcuddur. Yeni avtomobilin dəyəri 30 min dollardan başlayır. Bununla belə, istifadəçilər bir mil (1,609344 km) üçün 30-40 sent ödəyərək bu taksi ilə səfər edə bilərlər.



 



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər