Saytımızı qiymətləndirin


 
 

“Nüvə silahının hazırlanmasına icazə verilsin!”- İranlı depuatatlardan MÜRACİƏT
Tarix: 09-10-2024 | Saat: 14:53
Bölmə:Karusel / Region | çapa göndər

İran parlamentinin 39 deputatı İsrailin təhdidləri fonunda milli müdafiə doktrinasına yenidən baxılmasını və nüvə silahının hazırlanmasına icazə verilməsini tələb edir.

Qarabaginfo.az xəbər verir ki, deputatlat İranın Ali Milli Təhlükəsizlik Şurasına rəsmi məktub göndəriblər.

Bu barədə müraciətin təşəbbüskarı, deputat Həsənəli Exlaki Əmiri açıqlama verib.

“Hazırda 39 deputat tərəfindən imzalanan müraciət Ali Milli Təhlükəsizlik Şurasına göndərilib. Onlar İranın nüvə silahı sahəsində müdafiə doktrinasına yenidən baxılmasını tələb edirlər”, – Əmiri deyib.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər