Saytımızı qiymətləndirin


 
 

Avrozonada inflyasiya 2021-ci ildən bəri ilk dəfə 2 faizdən aşağı düşüb
Tarix: 01-10-2024 | Saat: 19:32
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Sentyabr ayında Avrozonada inflyasiya səviyyəsi 1,8 faiz təşkil edib.

Avropa Statistika Bürosunun (“Eurostat”) yaydığı məlumatda inflyasiya göstəricisinin aylıq müqayisədə 2021-ci ildən bəri ilk dəfə 2 faizdən aşağı düşdüyü bildirilir. Ötən ay Avrozonada inflyasiya 2,2 faiz təşkil etmişdi.

Sentyabrda ən yüksək qiymət artımı 4 faizlə xidmətlər sektorunda qeydə alınıb. Qida, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti 2,4 faiz, qeyri-enerji sənayesi məhsullarının qiyməti 0,4 faiz artıb, enerji məhsullarının qiyməti isə 6 faiz azalıb.

Ötən ay İtaliyada inflyasiya səviyyəsi 0,8 faiz təşkil edib(azərtac).



Xəbəri paylaş

73 dəfə oxunub.

Digər xəbərlər