Saytımızı qiymətləndirin


 
 

Ermənistanda sabiq prezident Robert Koçaryanın məhkəməsi başlanıb
Tarix: 23-09-2024 | Saat: 12:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistanda sabiq prezident Robert Koçaryana qarşı məhkəmə prosesi başlanıb.

Qarabaginfo.az bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumatda deyilir ki, sentyabrın 23-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində bəraət hökmündən 3 il sonra Ermənistanın ikinci prezidenti Robert Köçəryanın, KTMT-nin keçmiş katibi Yuri Xaçaturovun, Ermənistan Respublikasının keçmiş baş nazirinin müavini Armen Qriqoryanın və sabiq müdafiə naziri Seyran Ohanyanın işi üzrə məhkəmə prosesi başlayıb.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi hakim Anna Danibekyanın Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və digərlərinin işinə xitam verilməsi barədə qərarını ləğv edib.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər