Saytımızı qiymətləndirin


 
 

ABC: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
Tarix: 20-09-2024 | Saat: 08:17
Bölmə:Karusel / Dünya | çapa göndər

ABC: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

İsrail 15 ildir ki, Livan ərazisində peycerləri partlatmaq üçün əməliyyat planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə 19 sentyabr tarixində ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanal İsrailin Livanın müxtəlif ərazilərində partlayan rabitə vasitələrinin istehsalı ilə məşğul olduğunu təsdiqləyib.

İddialara görə İsrail peycerlərin istehsalı ilə əlaqəli olduğu bildirilən bir neçə ön şirkət qurub. Üstəlik, bu müəssisələrin bəzi işçiləri də əslində kimin üçün işlədiklərini belə bilməyiblər.

ABC qeyd edir ki, bu təşkilatlardan biri Budapeştdə qeydiyyatdan keçmiş “BAC Consulting” olub və müqaviləyə əsasən, o, Tayvanın “Gold Apollo” şirkətinin brendi altında peycerlər istehsal etməli idi.

Lakin Macarıstan hökumətinin nümayəndəsi telekanala bildirib ki, bu qurğular Macarıstanda yoxdur, “BAC Consulting” isə sadəcə vasitəçi olub və ölkədə heç nə istehsal etmir.



Xəbəri paylaş

21 dəfə oxunub.

Digər xəbərlər