Saytımızı qiymətləndirin


 
 

Yeni il günü çay evində tanışını öldürən şəxsə hökm oxunub
Tarix: 10-08-2022 | Saat: 18:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yeni il günü çay evində tanışını öldürən şəxsə hökm oxunub

Bakıda qətl törətməkdə təqsirləndirilən Cavid Ataşzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən Cavid Ataşzadə 17 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il dekabrın 31-də saat 22 radələrində Binəqədi rayonu Mircəlal küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynovun öldürülməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini C.Atəşzadənin münaqişə zəminində F.Hüseynovu kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər