Saytımızı qiymətləndirin


 
 

Tramp narkokartellərə qarşı quru əməliyyatlarının gücləndiriləcəyini açıqlayıb
Tarix: 16-10-2026 | Saat: 08:36
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Tramp narkokartellərə qarşı quru əməliyyatlarının gücləndiriləcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Latın Amerikası ölkələrində narkokartellərlə əlaqəli olduğu iddia edilən quru obyektlərinə zərbələrin intensivləşdiriləcəyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.

“Quru əməliyyatı əslində yeni başlayır. Bir neçə ay əvvəl buna start vermişik. Onların marşrutlarını, kartellərin harada yerləşdiyini və harada yaşadıqlarını bilirik. Onlara güclü zərbələr endiririk və bu zərbələr daha da intensivləşəcək”, – ABŞ Prezidenti deyib.

Tramp kartel üzvlərinin təslim olmaq üçün müəyyən vaxtlarının qaldığını bildirib.

O, həmçinin narkokartellərlə mübarizənin Meksika tərəfindən aparılmalı olduğunu, lakin bu ölkənin mövcud vəziyyətin öhdəsindən gələ bilmədiyini iddia edib.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər