Saytımızı qiymətləndirin


 
 

Zakir Həsənov gürcü həmkarı ilə görüşdü - Foto
Tarix: 10-09-2024 | Saat: 13:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

zakir-hesenov-gurcu-hemkari-ile-gorusdu

Sentyabrın 10-da Batumidə müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib.

Qarabaginfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nümayəndələrin iştirakı ilə keçirilən görüşdə İrakli Çikovani ölkələr arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını vurğulayıb.

Zakir Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin davamlı olaraq inkişaf etdiyini qeyd edib. O bidirib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.

Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



 



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər