Ermənistan tam razılaşdırılmış sülh sazişi layihəsini Azərbaycana təhvil verib və onun reaksiyasını gözləyir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəflərin ən qısa zamanda sülh sazişi imzalamaq üçün real imkanları var.
“Biz inanırıq ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitliyə qapı açmaq üçün real imkan var”, – Mirzoyan qeyd edib.