Saytımızı qiymətləndirin


 
 

Uşaqlarda göz zəifliyi - Həkim səbəbi AÇIQLADI
Tarix: 07-09-2024 | Saat: 11:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Uşaqlarda göz zəifliyi - Həkim səbəbi AÇIQLADI

Uşaqlar arasında göz zəifliyi ilə bağlı problemlər artmaqdadır. Göz zəifliyi, yalnız fiziki sağlamlığa deyil, həm də insan həyatının müxtəlif aspektlərinə əhəmiyyətli dərəcədə təsir edir. Uşaqlarda ən çox rast gəlinən göz zəifliyi və buna səbəb olan faktorlar hansılardır?

Mövzu ilə bağlı Qarabaqinfo.az-a danışan oftalmoloq Anar bildirdi ki, son zamanlar uşaqlarda yaxından görmə qüsuru, yəni uzağı zəif görmə müşahidə olunur:

"Səbəb isə vaxtından tez telefon və planşetlərin onların istifadəsinə verilməsidir. Uşaqlar inkişaf etməkdə olduğu üçün onların gözü də inkişaf edir. Göz uzağa, ətrafa daha çox baxılmalı olduğu halda günün çox hissəsini yaxına baxaraq keçirirlər. Bu səbəbdən sonradan gözün uzağa fokuslanmasında problemlər yaranır".

Anar Abdullayev qeyd edir ki, uşaqlarda və yeniyetmələrdə 18 yaşa qədər görməni artırmaq üçün əməliyyat etmək olmaz:

"Onlara düzgün eynək təyini və vaxtında müayinələr görmə zəifliyinin aradan qalxmasına və ya dərinləşməməsinə kömək edə bilir. 18 yaş tamam olandan sonra isə görməni yaxşılaşdırmağın yolu eynəkdən azad olunma ilə düzəlir".



Xəbəri paylaş

87 dəfə oxunub.

Digər xəbərlər
27-06-2021, 12:32 Sabah hava necə olacaq?