Saytımızı qiymətləndirin


 
 

Avropa İttifaqının sərhəd monitorinqinə ehtiyac qalmayacaq” –Deputat Xandanyan
Tarix: 04-09-2024 | Saat: 15:16
Bölmə:Karusel / Region | çapa göndər

“Əgər sabit sülh bərqərar olarsa, artıq monitorinqə ehtiyac qalmaya bilər”.

Qarbaginfo.az bildirir ki, bu sözləri Ermənistan parlamentinin xarici əlaqələr üzrə komitəsinin sədri Sarkis Xandanyan Avropa İttifaqının İrəvanda olan monitorinq missiyasının fəaliyyəti barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Aİ müşahidəçiləri ilə bağlı məsələ Ermənistanla Aİ arasında həll edilməli olan məsələdir: “Hazırda misisyanın ölkədən getməsi masada deyil”.

Xandanyan sülh sazişinin üçüncü ölkənin ərazisində imzalanacağını istisna etməyib: “Bu, texniki məsələdir”.

Xatırladaq ki, bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Ermənistandakı missiyasına xitam verilməli olduğunu bildirmişdi.



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər