Saytımızı qiymətləndirin


 
 

Kreml: BRICS-in genişlənməsi üçün həddlər var
Tarix: 04-09-2024 | Saat: 12:07
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Kremlin mətbuat katibi Dmitri Peskov


BRICS-in genişlənməsi üçün həddlər var, birlik üzvləri tərəfdaşlarının statusunu müəyyənləşdirməlidirlər, Kazan sammitində bu, müzakirə olunacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.


“Əlbəttə ki, genişlənmə trayektoriyasının hədləri var. BRICS-ə tərəfdaş dövlət statusunun hazırlanması təklifi mövcuddur. Buna uyğun olaraq, hər kəs birlikdə müəyyən etməlidir ki, bu partnyorların neçəsi ola bilər, kimlər partnyor ola bilər və s. Bütün bunlar Kazanda müzakirə olunacaq”, - deyə Peskov vurğulayıb.


Kreml rəsmisi Rusiyanın Malayziyanın BRICS-ə qoşulmaqda maraqlı olduğunu bildiyini və bu marağı dəstəklədiyini də söyləyib:

“Biz malayziyalı dostlarımızın bu təşkilata qoşulmaqda maraqlı olduğunu bilirik, biz də bir çox digər ölkələr kimi bu marağı dəstəkləyirik və BRICS üzvü olan həmkarlarımızla birlikdə bu məsələni müzakirə edəcəyik”.


Qeyd edək ki, Azərbaycan və Türkiyə BRICS-ə üzvlüklə bağlı təşkilata müraciət ediblər. Malaziya da BRICS-ə qoşulmaq istədiyini açıqlayıb.



Xəbəri paylaş

45 dəfə oxunub.

Digər xəbərlər
21-04-2021, 16:35 Yoluxanların sayı azaldı