Tarix: 01-09-2024 | Saat: 21:52
Bölmə:Karusel / Siyasət | çapa göndər
Almaniyanın ifrat sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) ilkin nəticələrə görə, ilk dəfə Türingiyada keçirilən əyalət seçkilərində qalib gəlir.
Qarabaginfo.az xəbər verir ki, bu, 1938-ci ildən bəri bölgədə sağçı partiyanın ilk qələbəsidir. Bu barədə “exit-poll”un nəticələrində bildirilir.
AfD-nin şərqdəki Türingiya əyalətində 30,5% səs qazanaraq sağ mərkəzçi Xristian Demokratları (CDU) təxminən 6% qabaqladığı görülür.
Bu seçkilər gələn il keçiriləcək federal seçkilər ərəfəsində Kansler Olaf Şolts və onun sol-liberal koalisiya hökuməti üçün bir sınaq kimi qiymətləndirilir.
Nəticələr göstərir ki, əksər seçicilər öz iqtisadi rifahlarından narahatdırlar və hakimiyyətdən qeyri-qanuni miqrasiyanın dayandırılması və daxili təhlükəsizlik təhdidlərinin aradan qaldırılması üçün daha sərt tədbirlər tələb edirlər.
Digər xəbərlər