Saytımızı qiymətləndirin


 
 

Meymunçiçəyinin qarşısı bu halda alına bilər – ÜST rəhbəri
Tarix: 24-08-2024 | Saat: 14:37
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Yeni meymunçiçəyi (mpox) virusunun yayılmasının qarşısını almaq mümkündür.

Qarabaginfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bunun üçün beynəlxalq agentliklər, milli və yerli tərəfdaşlar, vətəndaş cəmiyyəti, tədqiqatçılar və istehsalçılar, habelə üzv dövlətlərimiz arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət tələb olunur.

2022-ci ildən bəri ÜST-də 100 mindən çox təsdiqlənmiş “mpox” hadisəsinin qeydə alındığını deyən baş direktor əlavə edib ki, Afrikada virusun misli görünməmiş səviyyədə artımı müşahidə olunur:

“2024-cü ildə qeydə alınan yoluxma hallarının 90 faizi Konqo Demokratik Respublikasında baş verib. Təkcə bu il 16 mindən çox insan bu xəstəliyə tutulub, o cümlədən 575 ölüm hadisəsi olub”.

ÜST-in virusa qarşı hazırlığı artırmaq və cavab tədbirlərinin koordinasiyanı gücləndirmək məqsədilə beynəlxalq, regional, milli və yerli tərəfdaşlarla genişspektrli iş apardığını diqqətə çatdıran T.Qebreyesus qeyd edib ki, təşkilatın Afrika Regional Ofisi (“Africa CDC”) bu prosesə hökumətlərlə birlikdə rəhbərlik edəcək.

 



Xəbəri paylaş

168 dəfə oxunub.

Digər xəbərlər