Saytımızı qiymətləndirin


 
 

” Oğullar doğular, Vətən doğulmaz” adlı tədbir keçirildi
Tarix: 30-05-2022 | Saat: 08:35
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Dünən Müstəqillik günüylə bağlı ölkəmizdə çoxlu sayda tədbirlər düzənlənmişdi. "Erməni təcavüzünün tanıdılması" İB ilə "Dünya Ana və Uşaqlar" İB-yi birlikdə 1-ci Qarabağ müharibəsinin şəhidi Vaqif Quliyevin 65 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Veteranlar Təşkilatında tədbir keçirdi. Tədbirə şəhidin ailə üzvüləri, tələbə və döyüş yoldaşları ali təhsil ocaqlarında çalışan professorlar, xaricdə fəaliyyət göstərən diaspora sədrləri, yüksək rütbəli hərbçilər, qazilər, QHT təşkilatiarı, KİV, məktəblilər iştirak ediblər. Hamı şəhidimizi anır, xatirələrini paylaşırdılar. Bir vaxtlar Xankəndi Pedaqoji İnstutunun sabiq müəllimi, hal-hazırda Azərbaycan Dövlət İqtisad Univeristetində fəlsəfə üzrə tarix elmləri doktoru Yusif Fərzəliyev şəhid tələbəsindən danışanda göz yaşını saxlaya bilmədi. "Mənim şəhid tələbəm, bir vaxtlar auditoriyaya girən kimi mühazirəmi bitirər-bitirməz məni tariximizlə bağlı suallara tutardı. Ən böyük tarixi sən özün yazdın, özü də qanınla… Sənin qanınla yazdığın tarixdən danışmaq çox çətindir. Necə danışım, bu gün, bu mənim ən çətin mühazirəmdi. Tələbə yoldaşların burdadılar. Mənim də onların da nitqi tutulub. Tarix yazan oğullar düşmənə elə bir dərs verdi ki.. Ən böyük tarix elə sizsiniz, qəhrəmanlıqlarla dolu olan həyatınızdı”. Vaqiflə bir otaqda qalan tələbə yoldaşı, dostu, sirdaşı Bulud Quliyev isə Vaqifi mənim hər şeyim idi, onun itkisi ilə heç cür barışa bilmirəm. O qədər xatirələrimiz var ki, bilmirəm hansından başlayım. Bir pezəvəng erməni vardı. Tələbələrin güləşdə bir andaca kürəyini yerə vururdu. Bir gün onunla güləşmək istəyini Vaqif bildirəndə istehzalı bir baxışla onu süzdü. Vaqif ondan bədəncə kiçik idi. İnanın bir göz qırpımında onu qaldıraraq yerə çırpdı. O gün azərbaycanlı tələbələr necə sevinmişdilər mən isə qürurlanmışdım belə bir dostumun olmağıyla. Kaş o günlər olaydı - Vaqiflə bir boşqabda yemək yediyimiz günlər"… İllahiyyat İnstutunun islamşünaslıq kafedrasının müəllimi Vüqar Səmədov isə torpaq və din uğrunda şəhid olanlarımızın məkanı cənnətlikdir. Onlar cismən aramızda olmasalar da, daima qəlbimizdə yaşayırlar. "Vəfa" sosial problemlərin həllinə dəstək İB-nin sədri Fatimə xanım Hacıbəylinin sinif rəhbəri olduğu Xətai rayon şəhid Asəf Ağayevin adını daşıyan 5 b sinfinin şagirdləri şəhidimizə həsr olunmuş şerlərini söyləyərək tədbirə rəng qatdılar. Tədbirdə İB-lərin sədirləri Elcin Axundzadə, Vüsal Əliyev iştrak edirdi. "Milli Mədəniyyətin Təbligi" İB-nin sədri Filologiya üzrə fəlsəfə doktoru araşdırmaçı jurnalist Jalə Cəfərova çıxışında şəhidlərimizi kiçik dünyanın böyük adamları adlandırdı. Yuxarıda adını çəkdiyimiz tədbirin təşkilatçısılarından olan "Dünya Ana və Uşaqlar" İB-nin sədri Dünya Əliyeva isə çıxışında şəhid ailələrinin 30 ildən çoxdur yanındayıq, onların problemlərini həll etməyə çalışırıq. Onların hüquqlarını müdafiə edirik və edəcəyik. Onların hüquqlarını pozan icra başçılarına da qarşı mübarizə aparacağıq. Şəhid ailəmizin bu günə qədər ağır şəraitdə yaşadığı mənzil probleminin də həll olunmasına birlikdə çalışacağıq. Tədbirdə Vaqif Quliyevin adının əbədiləşdirilməsi, layiqli qiymətinin alınması üçün işlərin görüləcəyi bildirildi.

Seriyye Cəfərova

 



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər