Saytımızı qiymətləndirin


 
 

Yol polisi avtomobilini azyaşlı övladlarına həvalə edən valideynlərə müraciət edib
Tarix: 23-08-2024 | Saat: 09:52
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Yol polisi avtomobilini azyaşlı övladlarına həvalə edən valideynlərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsinin avtomobilini azyaşlı övladlarına həvalə edən valideynlərə müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, müraciətdə deyilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur.

"Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar", - müraciətdə qeyd edilib.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirib, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladıb.



Xəbəri paylaş

63 dəfə oxunub.

Digər xəbərlər