Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda dövlət əmlakının özəlləşdirmə və icarəsindən büdcə daxilolmaları artıb
Tarix: 21-08-2024 | Saat: 10:30
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanda dövlət əmlakının özəlləşdirmə və icarəsindən büdcə daxilolmaları artıb

Bu ilin 7 ayında Azərbaycanda dövlət əmlakının özəlləşdirmə və icarəsindən dövlət büdcəsinə 122,8 milyon manat vəsait ödənilib.

Bu barədə Qarabaginfo.az-a İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Yanvar-iyul aylarında Dövlət Xidməti 35 hərrac keçirib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 465 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılmış dövlət əmlakı üzrə 360 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.

Cari ilin ilk 7 ayında özəlləşdirmədən dövlət büdcəsinə 100,7 milyon manat vəsait daixl olub, ötən ilin eyni dövrü ilə müqayisədə 46,1% artım qeydə alınıb.

Hesabat dövründə 350-si qeyri-yaşayış, 1.881-i isə torpaq sahəsi üzrə olmaqla 2.231 yeni icarə müqaviləsi bağlanılıb.

7 ayda daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 22,1 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım qeydə alınıb.



Xəbəri paylaş

53 dəfə oxunub.

Digər xəbərlər