Saytımızı qiymətləndirin


 
 

Alen Delon vəfat edib
Tarix: 18-08-2024 | Saat: 11:38
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Alen Delon

 

Fransalı aktyor Alen Delon vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb.

Aktyor 88 yaşında Fransada Duşi kommunasındakı evində vəfat edib.

Alen Delon 8 noyabr 1935-ci ildə Fransada anadan olub. Teatr və kino aktyoru, kinorejissor, ssenarist və prodüser olub. Aktyor “Parlaq günəşdə” (1960), “Rokko və qardaşları” (1960), “Leopard” (1963), “Qara lalə” (1964) filmləri ilə böyük şöhrət qazanıb, “Qızıl Qlobus”a layiq görülüb. “Bizim tariximiz” filmində ən yaxşı kişi roluna görə 1984-cü ildə Sezar mükafatı laureatı olub. Xüsusən yaraşıqlı olması ilə də diqqət çəkib.

Aktyorun həyatının son illəri uşaqlarla bağlı müxtəlif qalmaqallar və məhkəmə çəkişmələri ilə kölgədə qalıb. Ailə çəkişmələrinin səbəblərindən biri miras bölgüsü məsələsi olub. Delona yaxın adamlar övladlarının aktyoru öldürməyə cəhddə ittiham ediblər. Aktyorun özü 2022-ci ildə evtanaziya yolu ilə ölmək istədiyini bildirib.

Qeyd edək ki, bu ilin aprelində Fransanın Montarji kommunasının məhkəməsi Alen Delon üçün gücləndirilmiş qəyyumluq rejimi təyin edib. Delonun gəliri və əmlakı qəyyumun öhdəsinə keçdi. Lakin həmin şəxsin adı açıqlanmayıb.



Xəbəri paylaş

312 dəfə oxunub.

Digər xəbərlər
16-02-2021, 13:44 Sabahın hava proqnozu