X sosial şəbəkəsi braziliyalı hakim Alexandre de Moraesin senzura göstərişinin qüvvəyə minməsi səbəbindən Braziliyadakı fəaliyyətini dayandırdığını bəyan edib.
Qarabaginfo.az bildirir ki, bu barədə Reuters xəbər verir.
X iddia edir ki, Moraes şirkətin Braziliyadakı qanuni təmsilçilərinin birindən bir sıra kontentləri silməyi tələb edib, əks təqdirdə onu gizli şəkildə həbs etməklə hədələyib.
Bununla belə, şirkət X xidmətinin Braziliya sakinləri üçün əlçatan olduğunu bildirib.