Saytımızı qiymətləndirin


 
 

Ukraynada Yanukoviçin keçmiş mühafizəçisi Rusiyaya casusluq etməkdə şübhəli bilinir
Tarix: 14-08-2024 | Saat: 17:03
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç

 

Ukraynanın Təhlükəsizlik Xidməti Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfəri ifşa edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə xidmətin sosial şəbəkə hesabında məlumat verilib.

İstintaq materiallarına əsasən, aralarında vaxtilə keçmiş prezident Viktor Yanukoviçin mühafizəçisi işləmiş 48 yaşlı Dmitri İvantsovun da olduğu dəstə xüsusi xidmət orqanları barədə informasiyanı toplayaraq, Rusiya tərəfinə ötürməkdə şübhəli bilinir.

O da müəyyən olunub ki, həmin şəxs 2014-cü il fevralın 25-də keçmiş prezident Viktor Yanukoviçin dövlət çevrilişindən sonra Moskvaya getməsini təşkil edib. Krımın Rusiyanın tərkibinə keçməsindən sonra o, Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlığa başlayıb.

Adı açıqlanmayan digər şəxs isə əvvəllər Ukrayna Milli Qvardiyasında sürücü işləyib. O, hüquq mühafizə orqanlarındakı tanışları vasitəsilə müxtəlif məxfi məlumatları əldə etməyə nail olub.
Saxlanılanların təqsiri sübuta yetirilərsə, onları 15 il həbs cəzası gözləyir.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər