Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır?
Tarix: 27-03-2023 | Saat: 11:46
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycanda siqaret yenidən bahalaşdı - Qiyməti kim artırır?

“Adi bir vətəndaş kimi, istənilən qiymət artımına münasibətim mənfidir. Özüm də siqaret çəkənəm deyə, bu qiymət artımını hiss edəcəyəm”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib.

O, Novruz tətili günlərində paytaxt marketlərində, habelə köşklərdə siqaret qiymətlərinin qalxmasının səbəblərindən söz açıb.

R. Quliyevin sözlərinə görə, qiymət artımının bir neçə kökü var:

“Bu, dünyada gedən inflyasiyanın təsiridir ki, Azərbaycandan da yan keçməyib. Azərbaycanda siqaret fabrikləri var, amma onlar siqareti tam komplektləşdirmək üçün komponentləri xaricdən alırlar. Siqaret istehsalı üçün isə 27 komponentdən istifadə edilir. Onların ən azı 80%-i Azərbaycana xaricdən gətirilir ki, bunun da qiymətə təsiri özünü büruzə verir. Yəni qiymət artımı, bir növ, idxaldan başlayır”.

Deputat bildirib ki, dünya bazarında tütünün də qiyməti qalxıb:

“Bunun səbəbi ümumi inflyasiyaya, həm də bir çox ölkələrdə tütünün becərilməsinə subsidiyaların ləğvidir. Bu da tütün məhsullarına qarşı mübarizə ilə bağlıdır.

Dünya inflyasiyanın öhdəsindən gələ bilmir. İstəsək də, istəməsək də qiymət artımı olacaq. Onun qarşısını almaq üçün yalnız yerli istehsal artırılmalıdır. Əgər yerli istehsal məhsulu və yerli komponentlər bol olsa, onda inflyasiyanı müəyyən dərəcədə cilovlamaq olar”.



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər