Saytımızı qiymətləndirin


 
 

HƏMAS lideri olmağa iki NAMİZƏD
Tarix: 04-08-2024 | Saat: 20:35
Bölmə:Karusel / Dünya | çapa göndər

HƏMAS lideri olmağa iki NAMİZƏD

 

HƏMAS hərəkatı Tehranda öldürülən İsmayıl Haniyənin yerinə Siyasi Büro rəhbəri vəzifəsinə iki namizədi nəzərdən keçirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə EFE informasiya agentliyi mənbələrə istinadən yazıb.

 

Agentliyin məlumatına görə, HƏMAS Siyasi Bürosunun rəhbəri Xalid Məşəl və ya Xəlil əl-Həydan ola bilər.

 

Məlumata görə, HƏMAS İsmayıl Haniyənin ölümündən dərhal sonra təcili məsləhətləşmələr aparıb. Danışıqlarda Siyasi Büro və hərəkatın qapalı məsləhət orqanı olan Şura Şurasının nümayəndələri iştirak edib.

 

Bu vəzifəyə iddialı olanlardan biri HƏMAS-ın yarandığı gündən liderləri sırasında olan Xalid Məşəldir. O, 1996-2017-ci illərdə hərəkatın Siyasi Bürosunun rəyasət heyətinə rəhbərlik edib, 2004-cü ildə Şeyx Əhməd Yasinin vəfatından sonra isə hərəkatın rəhbəri təyin edilib.

 

İkinci namizəd Fələstin Qanunvericilik Şurasının üzvü Xəlil əl-Həydan. O, 2017-ci ildən Qəzza zolağında HƏMAS-ın regional siyasi büro rəhbərinin müavini vəzifəsində çalışıb.

 

Qeyd edək ki, İsmayıl Haniyyə iyulun 31-nə keçən gecə öldürülüb. HƏMAS hadisəyə görə İsraili günahlandırıb.

 

İranın ali dini lideri Ayətullah Əli Xamenei HƏMAS Siyasi Bürosunun rəhbərinin ölümünə görə "ağır cəza" veriləcəyini bildirib. "Axios" portalı mənbələrə istinadən yazıb ki, İran cavab olaraq İsrail ərazisinə raket zərbəsi endirə bilər. Mənbələr hücumun avqustun 5-də həyata keçirilə biləcəyini ehtimal edirlər.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər