Tehranda işgüzar səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan İranın Ali dini lideri Seyid Əli Xamenei ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Paşinyanın ofisindən bildirilib.
Məlumata görə, Xamenei İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfərinə görə Paşinyana təşəkkür edib.
Tərəflər Ermənistan və İranın hər iki dövlətin və xalqların tərəqqisi naminə isti və dostluq münasibətlərinin inkişafına yönəlmiş addımlarını bundan sonra da davam etdirəcəklərinə əminliklərini ifadə ediblər.