Saytımızı qiymətləndirin


 
 

İtaliya Baş naziri Si Cinpinlə görüşüb
Tarix: 29-07-2024 | Saat: 13:54
Bölmə:Karusel / Dünya | çapa göndər

İtaliya Baş naziri Si Cinpinlə görüşüb

Çində səfərdə olan İtaliya Baş naziri Giorgia Meloni Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qədim İpək Yolunun ruhuna uyğun olaraq, Çin və İtaliya ikitərəfli əlaqələrə tarixi və strateji perspektivdən baxmalı və inkişaf etdirməli, beynəlxalq ictimaiyyətə fikir ayrılıqlarını həll edərkən ortaq nöqtələr axtarmağa imkan yaratmalı və ortaq nöqtələri genişləndirməli və Şərqlə Qərb arasında kommunikasiya körpüsü kimi qədim İpək Yolunu canlandırmalıdır", Çin XİN bildirib.

Qeyd edək ki, İtaliya Baş naziri Giorgia Meloninin iyulun 28-dən Çinə 5 günlük səfəri başlayıb.

İtaliya keçən il Çinin "Bir kəmər bir yol" təşəbbüsündən geri çəkildikdən sonra iki ölkə arasında diplomatik əlaqələr soyuyub. Meloni bu təşəbbüsdən geri çəkilməyi ölkənin ikitərəfli ticarət və investisiyaların təşviqinə yönəlmiş sazişdən gözləniləndən daha az qazanması ilə izah edib.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər