Saytımızı qiymətləndirin


 
 

Kamala Harris namizədliyinin ilk həftəsində 200 milyon dollar ianə toplayıb
Tarix: 29-07-2024 | Saat: 08:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Kamala Harris namizədliyinin ilk həftəsində 200 milyon dollar ianə toplayıb

ABŞ prezidenti Co Baydenin namizədliyini geri götürərək yerinə namizəd kimi tövsiyə etdiyi vitse-prezident Kamala Harris seçki kampaniyasının ilk həftəsində 200 milyon dollar ianə toplayıb.

Qarabaginfo.az xəbər verir ki, Harrisin komandası tərəfindən verilən açıqlamada, bildirilir ki, toplanan pulun 66 %-i ilk dəfə ianə verən şəxslərdən toplanıb. Bu rəqəmin həmçinin Baydenin yarışdan çəkilərək Harrisi dəstəklədiyini söyləməsindən sonra toplandığı bildirilir.

Yığılmış məbləğ Harrisin seçki kampaniyasının ilk həftəsində toplanıb və bundan başqa 170 mindən çox insan isə könüllü olaraq kampaniyada iştirak etmək üçün adını yazdırıb.

Qeyd edək ki, Harris Baydenin onu namizəd göstərməsindən 24 saat sonra artıq 81 milyon dollar ianə toplamışdı ki, bu da 24 saatda əldə olunan ən yüksək ianə məbləği olaraq qeydə alınıb.



Xəbəri paylaş

134 dəfə oxunub.

Digər xəbərlər