Tarix: 26-07-2024 | Saat: 10:58
Bölmə:Karusel / Dünya | çapa göndər
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Federal Təhqiqatlar Bürosunu (FTB) onun həyatına sui-qəsdin araşdırılmasında səriştəsizliyinə görə tənqid edib.
Qarabaginfo.az xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb.
“FTB direktoru Kristofer Rey Konqresə dedi ki, mənim bir qırıntı, bir şüşə parçası və ya güllə ilə yaralandığıma əmin deyil. Xəstəxanada “qulağından güllə yarası” yazılıb", – ABŞ-ın keçmiş prezidenti deyib.
Tramp bildirib ki, kəşfiyyat direktorunun bu cür bəyanatları FTB-nin “ABŞ-ı rekord sürətlə basan terrorçular və digər cinayətkarlar haqqında heç nə bilmədiyini” açıq şəkildə nümayiş etdirir.
"Bir vaxtlar əfsanəvi FTB-nin Amerikanın etibarını itirməsi təəccüblü deyil!" - deyə siyasətçi fikirlərini yekunlaşdırıb.
Digər xəbərlər







" style="width: 670px; height: 340px;">









