Saytımızı qiymətləndirin


 
 

Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümünü qeyd etmək üçün Şimali Kiprə səfər edəcək
Tarix: 18-07-2024 | Saat: 08:05
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümünü qeyd etmək üçün Şimali Kiprə səfər edəcək

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan, Kipr Sülh Əməliyyatının 50-ci ildönümünü qeyd etmək üçün Şimali Kiprə səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, Şimali Kipr Türk Cumhuriyyəti (KKTC) Sülh Hərəkatının 50-ci ildönümünü möhtəşəm şəkildə qeyd etməyə hazırlaşır.

Anma proqramları ilə yanaşı, KKTC Sülh Əməliyyatının 50-ci ildönümü üçün orkestr və yeniçəri birliyi konsertləri, idman yarışları, konfranslar, seminarlar, simpoziumlar və məqalə müsabiqə kimi tədbirlər təşkil ediləcək.

Əməliyyatın 50-ci ildönümü münasibətilə KKTC-də keçiriləcək mərasimdə Türkiyənin ilk təyyarədaşıyan gəmisi TCG Anadolu da iştirak edəcək. TCG Anadolu və bir çox gəmi parad keçirəcək.

Tədbirlər çərçivəsində iyulun 20-də Türk Ulduzları və SOLOTÜRK komandalarının çıxışı planlaşdırılır.

Bayram tədbirləri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və kabinet üzvləri, siyasi partiya nümayəndələri və çoxlu sayda millət vəkilləri KKTC-də olacaq.



Xəbəri paylaş

54 dəfə oxunub.

Digər xəbərlər