“İran prezidentinin 1-ci müavini dedi ki, ölkə əhalisinin 52 faizi Azərbaycan türklərdir...”
Tarix: 16-07-2024 | Saat: 17:23
Bölmə:Karusel / Siyasət | çapa göndər
123 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-07-2024 | Saat: 17:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

“İran Məsləhət Şurasının sədri Ayətullah Şahrudi yarızarafat-yarıgerçək bir fikir də işlətdi: “İran əhalisinin 100-də 52-si azəri türkləridirsə, yerdə 48 faiz qaldı, onların da yarısının bir tərəfi, yəni ya atası, ya anası türkdür. Yerdə nə qədər qaldı, 24 faiz. Həmin 24 faizin də sadəcə türk olmağından xəbəri yoxdur”...”
“Əvvəla, onu deyim ki, İrandakı orada “azəri türkləri” adlandırılan Azərbaycan türkləri adətən milli azlıq kimi qələmə verilir. Halbuki tam əksinədir. Yəni gerçəklikdə İran İslam Respublikası əhalisinin 52 faizi, yəni yarıdan çoxu Azərbaycan türkləridir. Bu faktı İranın rəsmi şəxsləri də etiraf edir”.
Qarabaginfo.az xəbər veririk ki, bunu Moderator.az-a açıqlamasında tanınmış Azərbaycan diplomatı, 1998-2009-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri olmuş Abbasəli Həsənov söyləyib.
“Səhv etmirəmsə, 2007, yaxud 2008-ci il idi. Azərbaycanın o vaxtkı rabitə naziri, akdemik Əli Abbasov İrana rəsmi səfərə gəlmişdi. Nazir Tehranda bir sıra görüşlər keçirdi. Görüşlərdən biri də İran prezidentinin 1-ci müavini doktor Davidi ilə oldu. 1-ci müavin Azərbaycan-İran münasibətlərinin əhəmiyyəti, bu münasibətlərin inkişafı üçün mövcud imkanlardan daha geniş şəkildə yararlanmağın zərurəti haqqında danışdı. Sonra da bizlərin qardaş olduğunu vurğulayaraq bildirdi ki, gərək İranla Azərbaycan arasındakı əlaqələr bütün sahələrdə məhdudiyyətsiz inkişaf edə. O dedi ki, əlaqələrimiz xüsusən iqtisadiyyatın bütün sahələrində, o cümlədən rabitə sahəsində maksimum inkişaf etməlidir. Bundan sonra doktor Davudi əlavə etdi: “Bu yaxınlarda İranda əhalinin siyahıya alınması prosesi başa çatıb. Və sizə bildirmək istəyirəm ki, İran əhalisinin 100-də 52-si, başqa sözlə, 52 faizi azəri türkləridir”. Bax, bu faktı İran prezidentinin 1-ci müavininin dilindən eşitmişik. Bunu hörmətli Əli Abbasovdan da soruşa bilərsiz”- davamında bu tarixçəni danışan diplomat mövzu ilə bağlı daha bir olayı nəql edib.
“Həmin vaxtdan təxminən 3 ay sonra Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də İrana rəsmi səfərə gəldi. Onun bütün İran Silahlı Qüvvələrinin və digər bütün güc və hüquq-mühafizə strukturlarının başında yaradılmış və birbaşa ali dini rəhbərə tabe olan Məsləhət Şurasının rəhbəri rəhmətlik Ayətullah Şahrudi ilə rəsmi görüşündə yenə də İran-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərindən danışıldı. Və söhbət zamanı Ayətullah Şahrudi də vurğuladı ki, bu yaxınlarda İranda əhalinin siyahıya alınması prosesi başa çatıb və ölkə əhalisinin 52 faizinin azəri türkləri olduğu bilinib. Sonra da bir əlavə etdi ki, mənim kürəkənlərimdən ikisi türkdür və mən onlardan çox razıyam. Çünki onlar ailəcanlıdırlar, böyüklərə qarşı diqqətlidirlər, çalışqandırlar və s. Daha sonra Ayətullah Şahrudi yarızarafat-yarıgerçək bir fikir də işlətdi: “İran əhalisinin 100-də 52-si azəri türkləridirsə, yerdə 48 faiz qaldı, onların da yarısının bir tərəfi, yəni ya atası, ya anası türkdür. Yerdə nə qədər qaldı, 24 faiz. Həmin 24 faizin də sadəcə türk olmağından xəbəri yoxdur”...
Beləliklə, bu faktları nəzərinizə çatdırdıqdan sonra demək istəyirəm ki, öncəki söhbətlərimizdə dediyim kimi, xalqını, millətini, Vətənini hədsiz dərəcədə sevən doktor Pezeşkianın yenicə seçildiyi İran prezidenti kürsüsündə də öz soydaşlarının problemlərinin həlli üçün də əlindən gələni edəcək”, -deyə sabiq səfir vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
23-03-2022, 14:42
Kreml: MN uyğun gördüyü zaman Ukraynadakı itkiləri açıqlayacaq
11-03-2022, 19:43
Azərbaycanla İran arasında sərhəd-keçid məntəqələrinin sayı artırılacaq
12-05-2022, 17:25
Rusiya və Belarusun 62 milyon avroluq aktivləri donduruldu
1-09-2024, 10:01
30 ildən sonra ilk dəfə...
26-01-2022, 10:47
Azərbaycanda ən çox pambıq bu rayonda YIĞILIB
10-06-2022, 10:46
IX siniflər arasında oxuyub, yaza bilməyən şagirdlərin sayı açıqlanıb
26-06-2026, 22:41
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
18-03-2024, 09:48
Bakıda toz dumanı müşahidə olunur
31-05-2025, 11:03
Stiv Deyns: Bakı və İrəvan arasında imzalanacaq sülh razılaşması Cənubi Qafqaza sabitlik gətirəcək
27-07-2022, 10:39
“1033” gecə klubunun rəhbəri azadlığa çıxdı



















