Saytımızı qiymətləndirin


 
 

Aİ Vensin ABŞ-ın vitse-prezidentliyinə namizədliyindən narahatdır
Tarix: 16-07-2024 | Saat: 07:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Aİ Vensin ABŞ-ın vitse-prezidentliyinə namizədliyindən narahatdır

“Ohayo ştatından olan senator Ceyms Devid Vensin Respublikaçılar Partiyasının ABŞ vitse-prezidentliyinə namizəd seçilməsi Ukrayna üçün fəlakətdir.”

Qarabaginfo.az xəbər verir ki, bu fikri “Politico”ya Avropa İttifaqının adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir məmuru açıqlayıb.

“Politico” qəzeti qeyd edir ki, ABŞ-ın sabiq prezidenti Donald Trampın mümkün qələbəsi artıq Avropada çaxnaşma yaradıb və Vensin vitse-prezidentliyə namizəd kimi təsdiqlənməsi mümkün yeni administrasiyanın Ukraynanı dəstəkləmək öhdəliyi ilə bağlı əlavə suallar yaradıb.

Qeyd edək ki, Donald Tramp vitse-prezidentliyə namizəd kimi Ohayo ştatından olan 39 yaşlı respublikaçı senator Ceyms Devid Vensi seçdiyini açıqlamışdı. O 2023-cü ilin yanvarından Konqres Senatında işləyir. Vens 2 avqust 1984-cü ildə Ohayo ştatının Middltaun şəhərində anadan olub. O, ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edib, Ohayo Dövlət Universitetini və Yale Universitetini bitirib.

Vens ardıcıl olaraq Vaşinqtonun Kiyevə silah tədarükünü dayandırmağı və Ukraynadakı münaqişəni tez bir zamanda həll etməyi müdafiə edir. Xüsusilə, o, “The New York Times“ qəzetinə müsahibəsində bildirib ki, Ukraynaya neytral status verilməli, onun sərhədləri indiki vəziyyətdə dondurulmalıdır.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər