Saytımızı qiymətləndirin


 
 

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlanır
Tarix: 08-07-2024 | Saat: 10:12
Bölmə:Karusel / Təhsil | çapa göndər

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlanır

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 15 iyul saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

DİM-dən Qarabaginfo.az-a verilən xəbərə görə, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 4-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.



Xəbəri paylaş

1152 dəfə oxunub.

Digər xəbərlər