Azərbaycana idxal olunan əkin üçün noxud oktyabr, noyabr, dekabr və yanvar aylarında da gömrük rüsumundan azad olunub.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Bu qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minir.
Qeyd edək ki, bundan əvvəl əkin üçün noxud fevral, mart, aprel və may ayları üzrə idxal gömrük rüsumundan azad idi.