Tarix: 13-06-2022 | Saat: 23:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ukrayna ordusu əks-hücum zamanı Xerson vilayətində bir neçə icmanı azad edib.
Bu barədə Qarabaginfo.az Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətinə istinadən xəbər verir.
"Rusiya ordusuna Cənubda onlarla hücum cəhdinin qarşısı artıq alınıb. Və əks-hücum sayəsində Xerson vilayətində icmaların bir hissəsi artıq azad edilib", - o deyib.
Dövlət başçısının sözlərinə görə, Donbasdakı hərbi əməliyyatlar Avropanın ən amansız döyüşlərindən biri kimi tarixə düşəcək, Ukrayna ordusu və kəşfiyyatı taktiki cəhətdən Rusiya hərbçilərini üstələyir.
Xatırladaq ki, daha əvvəl Ukrayna hərbçilərinin Donbasda üç kəndi azad etdiyi bildirilib, lakin kəndlərin adları hələ açıqlanmır.
Xerson vilayətinin Rusiya qoşunlarından azad edilməsinin mərhələli şəkildə aparılacağı da bildirilir.
Digər xəbərlər