Saytımızı qiymətləndirin


 
 

IV qrupun lideri bu ixtisas üzrə oxumaq İSTƏYİR
Tarix: 15-06-2024 | Saat: 14:32
Bölmə:Karusel / Təhsil | çapa göndər

IV qrupun lideri bu ixtisas üzrə oxumaq İSTƏYİR

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

 

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Əhmədova Nəzrin Ramil qızı göstərib.

 

O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur.

 

Nəzrin V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunudur.

 

O, təəssüratlarını Qarabaqinfo.az-la bölüşüb.

 

"İmtahan cavablarının çıxmasını səbirsizliklə gözləyirdim. Əvvəlcədən balları hesablamış olsaq da, rəsmi olaraq görmək ayrı bir hissdir. Hədəfim müalicə işi ixtisası üzrə təhsil almaqdır. Təhsilimi gələcəkdə xaricdə davam etdirməyi düşünürəm”.

 



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər