Tarix: 13-06-2024 | Saat: 10:49
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistanın İstintaq Komitəsi keçmiş prezident Armen Sarkisyana qarşı açılmış cinayət işi üzrə istintaqın gedişi barədə məlumatları ictimailəşdirməkdən imtina edib.
Qarabaginfo.az “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, komitədən bildirilib ki, istintaq sirri olduğundan bu işlə bağlı informasiya geniş kütləyə açıqlana bilməz.
Qurum həmçinin A. Sarkisyanın hazırda yaşadığı yerlə bağlı sualı da cavabsız qoyub.
Ötən ilin əvvəlindən keçmiş prezidentin ikili vətəndaşlığı olduğu halda bu vəzifəyə təsdiqlənməsi epizodu üzrə cinayət işi açılıb. Hazırda bu iş üzrə istintaqı Ermənistanın İstintaq Komitəsi aparır.
Qeyd edək ki, 2022-ci ilin yanvarında vəzifəsindən istefa verən 70 yaşlı A. Sarkisyan Karib dənizinin şərqində yerləşən Sent Kis və Levis dövlətinin vətəndaşlığını 500 min dollar investisiya müqabilində alıb.
Digər xəbərlər