Saytımızı qiymətləndirin


 
 

Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Parisdəki səfirliyini hədələyib
Tarix: 06-06-2024 | Saat: 07:52
Bölmə:Karusel / Dünya | çapa göndər

 Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Parisdəki səfirliyini hədələyib

Fransanın Xarici İşlər Nazirliyi rus diplomatlarını Ukraynaya göndərdiyi hərbi müşavirlərlə bağlı sözlərə görə hədələyib.

Qarabaginfo.az xəbər verir ki, Fransanın Xarici İşlər Nazirliyi Rusiya diplomatlarının Ukraynaya göndərilən fransalı hərbi müşavirlərin Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf olacağına dair sözlərinə görə, Rusiyanın Parisdəki səfirliyini hədələyib.

Məsələ ilə bağlı “France-Presse” xəbər agentliyinin yaydığı məlumatda Fransa Xarici İşlər Nazirliyinin sözçünün müavini Kristof Lemuandan sitat gətirərək onun bunların nəticəsiz qalmayacaq hədsiz bəyanatlar olduğunu bildirdiyi yazılıb.

O, həmçinin Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasının mümkünlüyünün də müzakirə olunduğunu deyib.

Qeyd edək ki, Bundan əvvəl də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada müşavir və ya muzdlu kimi olan fransız hərbçilərinin Rusiya ordusunun qanuni hədəfləri olduğunu bildirib. Onun sözlərinə görə, fransız əsgərlərinin döyüş bölgəsində oması bunları deməyə əsas var.



Xəbəri paylaş

146 dəfə oxunub.

Digər xəbərlər