Avropanın aviasiya nəhəngi “Airbus” qırıcı təyyarə formasında olan PUA konseptini təqdim edib.
Qarabaginfo.az bildirir ki, “Airbus” şirkəti Berlində keçirilən Beynəlxalq Aerokosmik Sərgidə “Wingman” pilotsuz uçuş aparatının maraqlı konseptini təqdim edib. PUA görünüşcə qırıcı təyyarəyə çox bənzəyir.
“Airbus”un rəsmi saytının məlumatına görə, bu, yüksək riskli tapşırıqları yerinə yetirə biləcək qırıcı tipli drondur. PUA “Eurofighter Typhoon” tipində döyüş təyyarəsinin pilotu tərəfindən idarə olunacaq.
Wingman kəşfiyyat apara bilər, dəqiq idarə olunan sursatlarla yerdə və ya havada hədəfləri vurmağa qadirdir.
Cihazın digər xüsusiyyətləri açıqlanmır.