Saytımızı qiymətləndirin


 
 

“Qanunu qəbul etməklə ölkənin Avropa yolunu kəsdiniz”- Gürcü deputatlardan etiraz
Tarix: 27-05-2024 | Saat: 14:16
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstan parlamenti prezidenti Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna qoyduğu vetonu ləğv etdi.

Qarabaginfo.az xəbər verir ki, veto müzakirəsi müxalifətdən olan deputatlarla hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının nümayəndələri arasında gərgin siyasi debat fonunda keçib.

Müxaliflər hökumət rəsmilərini qanunu qəbul etməklə ölkənin Avropa yolunu kəsməkdə ittiham ediblər.

Parlamentin Hüquq məsələləri komitəsinin rəhbəri Anri Oxanaşvili isə bildirib ki, Gürcüstan Aİ-yə üzv olarsa, bu qanuna daha ehtiyac qalmayacaq, çünki fərqli hüquqi baza yaradılacaq.



Xəbəri paylaş

148 dəfə oxunub.

Digər xəbərlər