Saytımızı qiymətləndirin


 
 

ABŞ Gürcüstana sanksiyalar tətbiq edə bilər
Tarix: 14-05-2024 | Saat: 22:19
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Gürcüstana sanksiyalar tətbiq edə bilər

ABŞ Gürcüstana maliyyə və səyahət sanksiyaları tətbiq edə bilər.

Qarabaginfo.az “Mtavari Arxi” telekanalına istinadən xəbər verir ki, bunu Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Aİ standartlarına uyğun gəlməyən qanun layihəsi olduğu kimi saxlanılacağı təqdirdə, həmçinin dinc nümayişçilərə qarşı zorakılıq göstəriləcəyi təqdirdə ABŞ tərəfindən Gürcüstana birinci mərhələdə maliyyə məhdudiyyətləri tətbiq ediləcək.

“İkinci mərhələdə isə bu məhdudiyyətlər bütün bunlara görə məsuliyyət daşıyan şəxslərə qarşı səyahət sanksiyaları olacaq”, - O'Brayn deyib.

ABŞ dövlət katibinin köməkçisi Vaşinqtonun Gürcüstana 390 milyon dollar yardım ayırmağı planlaşdırdığını, bu yardımın hərbi müdafiə məsələlərinə, iqtisadi inkişafa, vətəndaş cəmiyyətinin inkişafına yönəldiləcəyini deyib.

Əlavə edib ki, Aİ standartlarına uyğun gəlməyən qanun layihəsinin tətbiq ediləcəyi təqdirdə bu vəsaitin ayrılması sual altına düşə bilər.



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər
13-03-2022, 17:37 Kadırov Ukraynaya gəlib?