Tarix: 24-04-2024 | Saat: 14:30
Bölmə:Karusel / Dünya | çapa göndər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ermənilərinin Patriarxı Sahak Maşalyana “1915 il hadisələri” ilə bağlı müraciət ünvanlayıb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Müraciətdə Birinci Dünya Müharibəsinin ağır şərtlərində həyatını itirmiş Osmanlı İmperiyasının erməni vətəndaşlarının nəvələrinə başsağlığı verilir.
"Qarşıdurmalar, üsyanlar, dəstə hərəkatları və terror aktları nəticəsində ölən və ya şəhid olan bütün Osmanlı cəmiyyətinin üzvlərinə Allahdan rəhmət diləyirəm. Birinci Dünya Müharibəsinin Osmanlı torpaqlarında törətdiyi dağıntılar yaddaşlarımızda dərin izlər buraxmışdır. Əcdadlarımızdan miras qalan sülh və əmin-amanlıq mühitinin davam etdirilməsi yalnız bizim birgə səylərimizlə mümkündür”.
Həmçinin qeyd olunub ki, Türkiyə heç bir erməni vətəndaşı öz vətənində təcrid olunması, kənarlaşdırılması və özünü ikinci dərəcəli vətəndaş hiss etməsinə imkan verməyib və verməyəcək:
“Radikal diskurslara, marginallaşmaya, nifrət ifadələrinə yer vermədən tarixdə baş verən hadisələrə ağlın, vicdanın və elmin rəhbərliyi ilə müraciət etməyimiz vacibdir. Milli yaddaşımıza həkk olunmuş hadisələri bir-birindən ayırmadan empatiya qurmaq həm də nifrət toxumlarının kök atmasının qarşısını alacaq”.
Digər xəbərlər